AZ

Rüşvət alan nazir HƏBS EDİLDİ

Buryatiya Respublikasının nəqliyyat naziri Aleksandr Qoqe korrupsiya cinayətləri törətməkdə ittiham edilərək həbs edilib.

Publika.az xəbər verir ki, bu barədə regional hökumət məlumat yayıb.

“Buryatiyanın nəqliyyat naziri korrupsiya ittihamı ilə saxlanılıb”, - hökumət qısa şərh edib.

Respublika hökumətinin sədr müavini Vyaçeslav Suxorukov qeyd edib ki, bu həbs gözlənilən idi.

Qoqe Buryatregionavtodorun fəaliyyəti ilə bağlı böyük korrupsiya işində sonuncu müttəhim olub. Bu ilin fevralında təşkilatın rəhbəri Vladimir Sosnin saxlanılıb. O, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.

Seçilən
0
1
publika.az

2Mənbələr