Bitkoinin qiyməti ticarət sessiyası zamanı, yanvarın 31-dən bəri ilk dəfə olaraq, 105 000 dolları ötüb.
Operativ Media xəbər verir ki, bu barədə "Binance" platforması məlumat yayıb.
Beləliklə, Bakı vaxtı ilə saat 05:05-ə olan məlumata görə, bitkoinin qiyməti 0,34% artaraq 105 032 dollar təşkil edib.
Bakı vaxtı ilə saat 05:19-da isə göstərici artımını ləngidərək 104 495 dollar səviyyəsinə düşüb (–0,61%).
Qeyd edək ki, bitkoinin qiyməti sonuncu dəfə 2025-ci il mayın 8-də 100 000 dollar həddini keçmişdi.