PSJ-nin hücumçusu Usman Dembele Milli Peşəkar Futbolçular İttifaqı (UNFP) tərəfindən 2024/25 mövsümü üçün Liqa 1-in ən yaxşı oyunçusu seçilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, futbolçu bu mövsüm 28 oyun keçirib, 21 qol vurub və 8 məhsuldar ötürmə edib.
UNFP həmçinin Fransada çalışan və ya ölkəni xaricdə təmsil edən görkəmli futbolçulara, məşqçilərə və hakimlərə də mükafatlar verib.
Paris klubunun hücumçusu Desire Duai ən yaxşı gənc oyunçu, ən yaxşı qapıçı "Lill"dən Lukas Şevalier, ən yaxşı məşqçi isə PSJ-dən Luis Enrike olub.
“Real Madrid”in futbolçusu Kilian Mbappe isə xaricdə oynayan ən yaxşı fransız futbolçu seçilib.