Finlandiyaya məxsus qırıcı təyyarə qəzaya uğrayıb.
Parol.az xəbər verir ki, Finlandiya Hərbi Hava Qüvvələrinə məxsus F/A-18 Hornet təyyarəsi Rovaniemidə qəzaya uğrayıb.
Pilot özünü atıb və yeri müəyyən edilib.
Qeyd edək ki, Finlandiya mayın 12-dən 31-dək Rovajarvi təlim zonasında İsveç və Böyük Britaniya ilə 6500 hərbçinin iştirakı ilə birgə təlimlərə ev sahibliyi edəcək.