AZ

La Liqa: “Barselona” “Real”a 4 qolla qalib gəldi

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 35-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.

“Betis” – “Osasuna” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Atletik” doğma meydanda “Alaves”ə tək qolla qalib gəlib. “Leqanes” də “Espanyol”u məğlub yola salıb.

Turun mərkəzi oyununda isə lider “Barselona” əsas izləyicisi “Real”ı qəbul edib. Madrid təmsilçisi bu oyudna qalib gəlsə, aradakı fərqi minimuma endirəcəkdi. Mövsümün sonuncu “el klasiko”suna daha yaxşı başlamış “Real” iki qol vurmağa nail olsa da, bunun ardını gətirə bilməyib. Elə ilk hissədə oyunda dönüş yaradan “Barselona” yekunda əzmkar qələbə qazanmaqla çempionluğa xeyli yaxınlaşıb.

Hazırda “Barsa” 82 xalla vahid liderdir. “Real” 75 xalla ikinci pillədə qalıb. “Atletiko” 70 xalla üçüncüdür. “Atletik” 64, “Vilyarreal” 61, “Betis” 58, “Selta” 49, “Rayo Valyekano” və “Malyorka” 47 xal toplayıb.

İspaniya, La Liqa
35-ci tur

9 may

Las Palmas – Rayo Valyekano 0:1
Qol: A.Qarsiya, 66.

10 may

Valensiya – Xetafe 3:0
Qollar: Pelelu, 8-pen. D.Lopes, 18. Duro, 37-pen.

Selta – Sevilya 3:2
Qollar: Moriba, 19. Minqesa, 65. B.İqlesias, 90+1 – Qudel, 45+8-pen. Salas, 90+8.

Jirona – Vilyarreal 0:1
Qol: Eyonq, 89.

Malyorka – Valyadolid 2:1
Qollar: Maskarell, 28. Darder, 49 – Çuki, 11.

Atletiko – Real Sosyedad 4:0
Qollar: Sörlot, 7; 10; 11; 30.

11 may

Leqanes – Espanyol 3:2
Qollar: Sisse, 33. Diomande, 41. Kumbulla, 63-öz qapısına – Kabrera, 79. Milya, 90+8.

Barselona – Real 4:3
Qollar: E.Qarsiya, 19. L.Yamal, 32. Rafinya, 34; 45 – Mbappe, 5-pen; 14; 70.

Atletik – Alaves 1:0
Qol: M.Sançes, 71-öz qapısına.

Betis – Osasuna 1:1
Qollar: K.Hernandes, 64 – Budimir, 75.

Seçilən
0
arena.az

1Mənbələr