Fələstinin HƏMAS hərəkatı ABŞ vətəndaşı olan bir israilli girovu azad edəcəyini təsdiqləyib.
Operativ Media xəbər verir ki, müvafiq bəyanat radikalların Telegram kanalında dərc olunub.
“HƏMAS son bir neçə gün ərzində ABŞ administrasiyası ilə danışıqlar aparıb və məsləhətləşmələrdən sonra müsbət münasibət nümayiş etdirmək və ikili vətəndaşlığı olan israilli girov Eden Aleksandrı azad etmək qərarına gəlib”, - məlumatda deyilir.
HƏMAS girovun nə vaxt azad olunacağını dəqiq açıqlamayıb.
Qeyd olunur ki, radikallar Qəzza ilə bağlı dərhal intensiv danışıqlara başlamağa hazırdırlar və Qəzzada döyüşlərin dayandırılması və israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsi ilə bağlı razılığa gəlmək üçün ciddi səylər göstərəcəklər.