AZ

Pulu kartda deyil, birbaşa bank hesabında saxlayın! – Ekspertlərdən ÇAĞIRIŞVİDEO

Pulunuzu bank kartında yox, cari hesabda saxlayın... Kartda saxlanılan pul daha tez oğurlanır...

Son zamanlar demək olar ki, hər gün kiberdələduzlar vətəndaşların bank kartından müxtəlif vəsaitlər oğurlayırlar.

Xezerxeber.az-ın xəbərinə görə, mütəxəssislər deyirlər ki, kiberdələduzların qurbanı olmamaq üçün, vətəndaşlar pulu kartda yox, cari hesabda saxlamağa üstünlük verməlidirlər. Xarici ödənişləri isə tamamilə deaktiv edin.

Rəşad Əliyev onu da bildirib ki, bəzən 3d təhlükəsizlik funksiyasının bank kartımızı qoruduğuna inanınırıq. Lakin bir çox xidmət saytları bu funksiyanı avtomatik ləğv edir. Bu isə kartdakı vəsaitin oğurlanması riskini artırır.

Mütəxəssis bildirib ki, cari hesabdakı məbləği mütəmadi olaraq rəqəmsal kart hesabına köçürərək istifadə etmək daha təhlükəsizdir.

Rəşad Əliyev əlavə edib ki, rəqəmsal hesaba yalnız istifadə üçün nəzərdə tutduğunuz birdəfəlk məbləğlər əlavə etmək daha məqsədəuyğundur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
0
xezerxeber.az

1Mənbələr