Azərbaycanın gənc parapauerliftinqçisi Rəsul Zəkiyev Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Dünya Kubokunda iki qızıl medal qazanıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsinin Mətbuat Xidməti məlumat yayıb.
88 kq çəki dərəcəsində yarışan 19 yaşlı idmançı həm ümumi qaldırmada üç hərəkətin cəmində 321 kq nəticə ilə, həm də ən yaxşı qaldırmada 112 kq nəticə ilə qızıl medala sahib çıxıb.
Telegram kanalımız