AZ

Klublarımızın yeni dünya reytinqi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) aprel ayı üzrə dünya klublarının reytinq cədvəlini açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, siyahıda 501 klub yer alıb. Onların arasında Azərbaycanın 4 təmsilçisi var.

"Qarabağ" əvvəlki reytinqə nisbətdə 10 pillə irəliləyib. Qurban Qurbanovun komandası 143,5 xalla 114-cü sıradadı. “Zirə” 220-ci yerdən 233-cu sıraya (94,75 xal) düşüb.26 mövqe irəliləyən "Sabah" (68.5 xal) 367-ci yerdədi. "Araz-Naxçıvan" (58,75 xal) isə 492-ci yerdən 454-cü sıraya qalxıb.

Qeyd edək ki, cədvələ 490 xalla "Real" liderlik edir. “Barselona” 434 xalla 2-ci,"İnter" 390 xalla 3-cü sıradadı.

Seçilən
0
4
football-plus.az

5Mənbələr