AZ

Modi orduya ƏMR VERDİ: "Sindur" əməliyyatı BAŞA ÇATMAYIB

Hindistanın baş naziri Narendra Modi ölkənin silahlı qüvvələrinə Pakistanın istənilən hərəkətinə qəti şəkildə cavab verməyi əmr edib.

Musavat.com xəbər verir ki, bu barədə PTI agentliyi mənbələrə istinadən məlumat verib.

"Güllələrə artilleriyadan cavab veriləcək", - agentliyə danışan mənbə baş nazirin sözlərini gətirib.

Agentlikdən verilən məlumata görə, "Sindur" əməliyyatı hələ başa çatmayıb.

"Əgər onlar atəş açarsa, biz də atəş açacağıq, əgər hücum edərlərsə, biz də hücum edəcəyik. Biz yeni normaldayıq, dünya bunu qəbul etməlidir. Pakistan bunu qəbul etməlidir", - PTI mənbəsi bildirib. 

Hindistan rəsmilərinin fikrincə, Pakistan son dörd gündə münaqişənin bütün mərhələlərində Hindistana uduzub.

Hindistan-Pakistan münasibətləri aprelin 22-də Hindistan Birliyinin Cammu və Kəşmir ərazisinin Pahalqam şəhərində 25 hindli və bir nepallının ölümü ilə nəticələnən terror aktından sonra gərginləşib.  

Şənbə günü Yeni Dehli və İslamabad atəşkəs barədə razılığa gəliblər. Hərbi nümayəndələr arasında aparılan danışıqların nəticəsində, tərəflər bütün atəş açmalarını və yer, hava və dəniz üzərində hərbi fəaliyyətlərini dayandıracaqlarına dair razılığa gəliblər. Lakin bu razılaşmadan bir neçə saat sonra, Cammu və Kəşmirin bir neçə şəhərində, eləcə də Pəncabda pilotsuz uçuş aparatları müşahidə olunub, hava hücumundan müdafiə sistemləri işə düşüb və elektrik enerjisi kəsilib. Tərəflər atəşkəsin pozulduğunu bildiriblər. Lakin keçən gecə sakit keçib.

Musavat.com

Seçilən
0
22
musavat.com

10Mənbələr