BAKI, TurkicWorld
Dünyada bir ilk- Neuralink xəstəsi beyin implantı ilə ilk YouTube videosunu hazırlayır.
TurkicWorld xəbər verir ki, ABŞ-da yerləşən Neuralink şirkətinin beyin çipi sayəsində danışma qabiliyyətini itirmiş xəstə öz səsi ilə YouTube videosu hazırlayıb.
Elon Musk tərəfindən qurulan Neuralink şirkətinin implantı sayəsində ALS xəstəsi Bred Smith, yalnız beyin siqnallarından istifadə edərək video montajı edib və səsləndirib.
Bred Smith, ALS (amyotrofik yanal skleroz) xəstəliyinin təsirinə məruz qalan ilk şəxs olub və bu xəstəliklə mübarizə apararkən Neuralink implantını alıb. Keçən həftə YouTube-da yayımladığı videoda, Smit implantın gündəlik həyatındakı funksionallığını və fəaliyyətini izah edib.
Smithin beyninin motor korteksinə yerləşdirilən implant, beş sikkə ölçüsündədir və minlərlə elektrod ehtiva edir. Bu texnologiya, Bredə öz düşüncələri ilə kompüter siçanını idarə etməyə imkan verir. Əvvəlcə, əlinin hərəkətini təsəvvür edərək kursoru istiqamətləndirməyə çalışan Smith, daha sonra dilini hərəkət etdirməyə və çənəsini sıxmağa başladığında sistemin daha təsirli olduğunu qeyd edib.
Bred Smithin danışma qabiliyyəti, süni intellektin köməyi ilə əvvəlki səs yazılarından yaradılan sintetik səs vasitəsilə bərpa edilib. Bu, onun səsini əvvəlki dövrlərdəki kimi təkrarlayır və Smit videoda öz səsi ilə izləyicilərinə məlumat verir.
Elon Musk və Neuralink komandası Smitin evini ziyarət edərək video zəng ediblər. Smit isə, çip sayəsində artıq uşaqları ilə video oyunları oynayabildiyini qeyd edərək, bu texnologiyanın ona müstəqillik verdiyini vurğulayıb.
Qeyd edək ki, Neuralink şirkəti ilk insan implantını 2024-cü ilin yanvarında həyata keçirib. Şirkətin ilk insan sınaq subyekti paraplegik Noland Arbaugh, implantın ona müstəqillik və sosial əlaqə qurma imkanı verdiyini bildirib. 2024-cü ildən etibarən daha çox insanın bu texnologiyadan faydalanması gözlənilir.