Bakı. Trend:
Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsilbazasında növbəti imtahanlar keçirib
Bu barədə Trend-əDİM-in mətbuat xidmətindən məlumat verilib.
1. Əvvəlki illərin məzunları üçün orta ixtisas təhsilimüəssisələrinə qəbul imtahanı;
2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqlidil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavəxarici dil imtahanı;
3. Müsabiqədə buraxılış imtahanında verdiyi tədris dilindənfərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçünəlavə tədris dili imtahanı;
4. Aprel ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlifsəbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciətedilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı;
5. Eksternat qaydasında IX sinif üzrə yekun attestasiyadaiştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;
6. Buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edəbilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin IXsinif məzunları üçün buraxılış imtahanı.
İmtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir,Şirvan şəhərlərində, Abşeron, Şəmkir, Bərdə, Göyçay, Qubarayonlarında və Naxçıvan MR-də təşkil olunub.
Ümumilikdə imtahanların idarə olunmasına 34 ümumi imtahanrəhbəri, 92 imtahan rəhbəri, 700 nəzarətçi, 96 buraxılış rejimiəməkdaşı və 34 bina nümayəndəsi ayrılıb.
İmtahanlarda 7282 nəfərin iştirakı nəzərdə tutulurdu. İmtahanda27 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic,eşitmə əngəlli və digər) şagird də iştirak edib. Bu şagirdlərinrahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusizallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasınagörə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdinəzarətçilər təyin edilib.
Mayın 12-dən etibarən DİM-də imtahan protokollarının və cavabvərəqlərinin emalına başlanılacaq. İmtahanlarda istifadə olunanyazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzunmüddət tələb etdiyindən nəticələrin yaxın 4 həftə ərzində elanolunması nəzərdə tutulur.
Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sualkitabçalarını özləri ilə aparmağa icazə verilib.
İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı vəkodlaşdırıla bilən açıq tipli) düzgün cavabları sabah gün ərzindəDövlət İmtahan Mərkəzinin saytına yerləşdiriləcək.