İspaniyanın "Real" klubu yeni sol cinah müdafiəçisi transfer etməyi planlaşdırır.
"İki sahil" xarici KİV-ə istinadən xəbər verir ki, Madrid təmsilçisi İtaliyanın "Milan" komandasının futbolçusu Teo Ernandeslə bağlı sorğu göndərib.
27 yaşlı oyunçunun müqaviləsinin müddəti 2026-cı ilin yayınadək qüvvədədir. Sözləşmə uzadılmasa, fransalı futbolçu yayda klubu tərk edə bilər.
Qeyd edək ki, Teo Ernandes cari mövsüm "Milan"ın heyətində 48 oyun keçirib, 5 qol və 6 məhsuldar ötürmə yadda qalıb.