AZ

AZAL-ın təyyarəsinin qəzası ilə bağlı məsələ daim Azərbaycanın gündəmindədir – VİDEO

“Azərbaycan və Ermənistan arasında sülh prosesi üzrə bir neçə istiqamət var”.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, mart ayında sülh sazişinin mətni razılaşdırılıb: ”Ermənistandan Azərbaycanın legitim gözləntiləri var. Bu gözləntilər Ermənistan Konstitusiasından Azərbaycana qarşı ərazi iddiasının çıxarılması və münaqişənin tamamlanması ilə ehtiyac duyulmayan Minsk qrupunun ləğvidir. Delimitasiyası prosesi ilə bağlı da artıq bir neçə təmaslar olub. Bu proses davam edəcək”.

Nazir onu da bildirib ki, ötən ilin dekabrında qəzaya uğrayan “Azərbaycan Hava Yolları” aviaşirkətinin “Embraer 190” təyyarəsinin Rusiyanın hava məkanında kənar təsirlərə məruz qalması ilə bağlı Rusiyada istintaq tədbirləri davam edir.

Onun sözlərinə görə, AZAL-ın “Embraer 190” təyyarəsinin qəzaya uğraması ilə bağlı aparılan istintaq tədbirləri hər zaman Azərbaycanın prioritetində və gündəmindədir: “Biz Rusiya tərəfi ilə bütün təmaslar zamanı bu məsələni qaldırırıq. Qarşı tərəfin verdiyi izahat ondan ibarətdir ki, hələ istintaq davam edir. İstintaq tədbirləri başa çatandan sonra daha detallı məlumatlar təqdim edəcəyik. Həmin istintaqın ən qısa zamanda başa çatmasını gözləyirik”.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
0
2
nocomment.az

8Mənbələr