AZ

Emil Mustafayevi Ukraynada xoşbəxt edən gün

Azərbaycan millisinin yarımmüdafiəçisi Emil Mustafayevin də formasını geyindiyi “Çernomorets” Ukrayna Premyer Liqasında 28-ci tur oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, komanda səfərdə “Vorskla” ilə qarşılaşıb.

Görüş “Çernomorets”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Emil bu oyunda meydana start heyətdə çıxıb və 80-ci dəqiqədə Artyom Qabelokla əvəzlənib.

Hazırda “Çernomorets” turnir cədvəlində 21 xalla 15-cidir.

Seçilən
0
3
sportinfo.az

10Mənbələr