AZ

Çempionlar Liqasındakı "Qarabağ"ın daha bir mümkün rəqibi FCSB oldu

Bakı. Trend:

Çempionlar Liqasının təsnifat mərhələsində mübarizə aparacaq“Qarabağ”ın daha bir mümkün rəqibi müəyyənləşib.

Trend-inməlumatına görə, Rumıniyanın FCSB klubu ölkə çempionluğunurəsmiləşdirib.

FCSB-nin rəqibləri “Universitatya Krayova” və “ÇFR” klublarınınheç-heçə etməsi nəticəsində paytaxt təmsilçisi vaxtından əvvəlçempionluğunu elan edib. Bu, FCSB-nin ardıcıl ikinci, ümumilikdəisə 28-ci Rumıniya çempionluğu olub.

Qeyd edək ki, “Qarabağ” və FCSB bu mövsüm Avropa Liqasının qrupmərhələsində qarşılaşıb. Bakıdakı görüşdə Rumıniya klubu 3:2 hesabıilə qalib gəlmişdi.

Seçilən
0
1
az.trend.az

2Mənbələr