AZ

KİV: Tokio tammiqyaslı elektromaqnit topun prototipini sınaqdan keçirməyi planlaşdırır

Yaponiya Müdafiə Nazirliyi yaxın zamanda hipersəs döyüş bloklarını effektiv şəkildə vura biləcəyi iddia edilən tammiqyaslı elektromaqnit relsli topun prototipinin sınaqlarını keçirməyi planlaşdırır.

“Report” “Yomiuri” qəzetinə istinadən xəbər verir ki, bu silahla “Aegis” çoxməqsədli izləmə və hədəfləmə sistemləri olan gəmilərin təchiz edilməsi nəzərdə tutulur.

Relsli top (railgun) partlayıcı maddə olmadan mərmini iki metal istiqamətləndirici boyunca böyük sürətlə qovduran elektromaqnit sürətləndiricidir. Qəzetin iddiasına görə, belə silah uzaq mənzil və dəqiqliyə malikdir, hipersəs də daxil olmaqla istənilən hava hədəflərini vurmaq üçün istifadə edilə bilər.

Relsli topun hazırlanmasına Yaponiyada 2016-cı ildə başlanılıb, 2023-cü ildə gəmiyə quraşdırılmış kiçildilmiş prototipi sınaqdan keçirilib. İndi təxminən 6 m uzunluğunda və təxminən 8 ton çəkidə olan qurğunun sınaqdan keçirilməsi planlaşdırılır. “Yomiuri”nin məlumatına görə, belə silahın hazırlanmasında Tokio Fransa və Almaniyanın hərbi qurumları və tədqiqat orqanları ilə əməkdaşlıq edir, ABŞ materiallarından istifadə edir.

Seçilən
0
3
report.az

10Mənbələr