AZ

Bu gün DİM ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirəcək

Bakı. Trend:

Bu gün Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsilsəviyyəsi üzrə növbəti imtahanlar keçirəcək.

Trend xəbər verirki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

İmtahanlar 13 şəhər və rayonda təşkil olunur və 7 282 nəfəriniştirakı nəzərdə tutulur.

Dövlət İmtahan Mərkəzi tərəfindən 2025-ci il mayın 11-də:

1. Əvvəlki illərin məzunları üçün orta ixtisas təhsilimüəssisələrinə qəbul imtahanı;

2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqlidil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavəxarici dil imtahanı;

3. Müsabiqədə buraxılış imtahanında verdiyi tədris dilindənfərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçünəlavə tədris dili imtahanı;

4. Aprel ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlifsəbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciətedilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı;

5. Eksternat qaydasında IX sinif üzrə yekun attestasiyadaiştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;

6. Buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edəbilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin IXsinif məzunları üçün buraxılış imtahanı.

İmtahanlarda iştirak edəcək şəxslər “İmtahana buraxılışvərəqəsi”ni DİM-in saytından çap edib götürə bilərlər.

İmtahanlar saat 10:00-da başlanır.

İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-dəburaxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılarimtahan binasına buraxılmır.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçünbinaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahaniştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Onagörə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtdagəlmək tövsiyə olunur.

Abituriyentlər (şagirdlər) imtahana aşağıdakı sənədlərigətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamamolmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət MiqrasiyaXidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusualmış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqınvəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digərsənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş vəfotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4smölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanlarda 7 282 nəfərin iştirakı nəzərdə tutulur. İmtahanda27 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic,eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Bu şagirdlərinrahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusizallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasınagörə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdinəzarətçilər təyin edilib.

Ümumilikdə imtahanların idarə olunmasına 34 ümumi imtahanrəhbəri, 92 imtahan rəhbəri, 700 nəzarətçi, 96 buraxılış rejimiəməkdaşı və 34 bina nümayəndəsi ayrılıb.

İmtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir,Şirvan şəhərlərində, Abşeron, Şəmkir, Bərdə, Göyçay, Qubarayonlarında və Naxçıvan MR-də təşkil olunur.

Seçilən
0
49
az.trend.az

10Mənbələr