Futbol üzrə Fransa çempionatının 33-cü turunda üz-üzə gələn “Havr” – “Marsel” komandaları tribunada yaranan iğtişaşlar səbəbindən dayandırılıb.
Teleqraf xəbər verir ki, "Havr"ın ev stadionunda keçirilən oyunun ikinci hissədə yerli azarkeşləri meydançaya girməyə çalışıblar. Matçın baş hakimi komandaları stadiondan kənarlaşdıraraq oyunu dayandırıb.
Təxminən 30 dəqiqə sonra oyun bərpa olunub.
33-cü tura qədər 59 xalı olan "Marsel" turnir cədvəlində ikinci yerdədi. "Havr" isə 31 xalla 16-cı yerdədi.