AZ

Sudan həbsxanasına dronun hücumu nəticəsində 20 nəfər ölüb, 50 nəfər yaralanıb

Sudanın Qərbində yerləşən Şimali Kordofan əyalətinin Əl-Obeyd şəhərindəki mərkəzi həbsxanaya pilotsuz uçuş aparatının hücumu nəticəsində 20 nəfər ölüb, 50 nəfər isə yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi yerli iqtidar orqanlarına istinadən məlumat yayıb.

Bildirilib ki, ölənlər və yaralananların hamısı məhbuslardır. Hökumət nümayəndəsi Xalid Əli Əleysir bu hadisədə Çevik Reaksiya Qüvvələrini (ÇRQ) günahlandırıb.

"Bu, sudanlı mülki şəxslərə qarşı silahlı qrupların törətdiyi cinayətlərin uzun siyahısına əlavə olunan tammiqyaslı hərbi cinayətdir", – o bildirib və əlavə edib ki, ÇRQ şənbə günü səhər saatlarında Əl-Obeyd xəstəxanasına da dronla zərbə endirib.

Hadisənin şahidi "Xinhua"ya deyib ki, həbsxanaya üç dronla təxminən beş raket buraxılıb və onlardan təxminən üçü birbaşa binaya dəyib.

Seçilən
0
1
report.az

10Mənbələr