AZ

DİQQƏT: Həkimlər xəbərdarlıq edir, bu pəhrizlər ciddi xəstəliklər yaradır

Tibbi ekspertləri sosial media vasitəsilə yayılan bəzi ağır pəhrizlərin getdikcə populyarlaşmasına qarşı xəbərdarlıq ediblər.

“The Independent Pharmacy”nin baş klinik məsləhətçisi və həkim Donald Qrantın fikrincə, bu cür radikal pəhriz yanaşmaları sürətli nəticələr vədinə baxmayaraq, sağlamlığa ciddi zərər verə bilər.

"Sosial media pəhriz tövsiyələri ilə doludur, lakin bunların hamısı təhlükəsiz deyil. Bir çox məşhur pəhrizlər həm qısa, həm də uzun müddətli ciddi sağlamlıq problemlərinə səbəb ola biləcək təhlükəli kalori çatışmazlığı yaradır", Qrant qeyd edib.

Qeyd edilib ki, sosial şəbəkələrdə ən çox müzakirə edilənlərdən biri ciddi məhdud menyu və bütün qida qruplarının rədd edilməsini nəzərdə tutan yeddi günlük intensiv pəhriz olub. Həkim Qrantın sözlərinə görə, bu yanaşma süd məhsullarının rasiondan çıxarılması, əzələ kütləsinin itirilməsi, ümumi yorğunluq və hətta maddələr mübadiləsinin pozulması səbəbindən kalsium çatışmazlığına səbəb ola bilər. Belə ki, bu cür qidalanma hər kəs üçün, xüsusilə hamilə qadınlar və xroniki xəstəlikləri, o cümlədən şəkərli diabet xəstələri üçün təhlükəlidir.

Mütəxəssislər bu cür ağır pəhrizlərin yaratdığı fəsadları sadalayıblar:

Qida çatışmazlığı: Pəhrizinizdə müxtəlifliyin məhdudlaşdırılması, vücudunuzun ehtiyac duyduğu vitaminlər, minerallar və lifləri almasına mane olur;

Sürətli kilo itkisi: Qısa zamanda kilo itkisi tez-tez yağ itkisi deyil, su itkisi deməkdir, başgicəllənmə, baş ağrıları riskinə səbəb olur;

Maddələr mübadiləsinin ləngiməsi: Orqanizm maddələr mübadiləsini ləngitməklə enerjiyə qənaət etməyə başlayır, buna görə də pəhriz bitdikdən sonra çəki geri qayıdır;

Həzm problemləri: Lif məhdudlaşdırılması qəbizlik, şişkinlik və ürək bulanmasına səbəb ola bilər.

Odur ki, balanslaşdırılmış pəhriz və orta, davamlı dəyişiklikləri hədəfləmək daha yaxşıdır.

Məlumatlara görə, ən çox maraq doğuran pəhrizlər “keto diyet” və ət tərkibli pəhrizlərdir. Geniş yayılmış diqqətə baxmayaraq, onların bir çoxu uzunmüddətli istifadə üçün uyğun deyil və sağlamlığa zərər verə bilər. \\Bizim.Media

Seçilən
0
1
hurriyyet.az

10Mənbələr