Qazaxda bədbəxt hadisə baş verib.
"Unikal"ın məlumatına görə, hadisə Qazax şəhər parkında qeydə alınıb.
Belə ki, Qazax şəhər sakini 2009-cu il təvəllüdlü V.Pərvanəyev parkda skuter sürən zaman yıxılaraq ağır kəllə-beyin travması alıb.
Yeniyetmə paytaxda yerləşən xəstəxanaların birinə aparılakən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov