Qazaxda yeniyetmə skuter sürən zaman yıxılaraq ölüb.
Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, 2009-cu il təvəllüdlü oğlan skuter sürən zaman ehtiyatsızlıqdan yıxılaraq başından xəsarət alıb.
O, xəstəxanada göstərilən tibbi yardımlara baxmayaraq dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.