Xəbər verdiyimiz kimi, mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışına həsr olunan konsert proqramına baxıblar.
Konsertdən sonra dövlətimizin başçısı və birinci xanım incəsənət ustaları və müharibə veteranları ilə söhbət etdilər.
Modern.az-ın məlumatına görə, İlham Əliyev və birinci xanımı Ağdamda alqışlar və “Qarabağ” mahnısının sədaları ilə qarşılanıb.
Həmin görüntüləri təqdim edirik: