AZ

Polşada sağçıların “immiqrasiyaya qarşı yürüşü” keçirilib

Bakı. Trend:

Polşanın paytaxtı Varşavanın mərkəzində sağçı və millətçiqrupların təşkilatçılığı ilə “immiqrasiyaya qarşı yürüş”keçirilib.

Trend xəbər verirki, yürüş “Republika” telekanalı tərəfindən birbaşa yayımlanıb.Aksiyada təxminən 15 min nəfərin iştirak etdiyi bildirilir.

Tədbir saat 12:00-da Roman Dmovski kəsişməsindən başlayıb.Təxminən bir saat sonra təşkilatçılar və sağçı siyasətçilərinçıxışlarından sonra etirazçılar baş nazirin ofisinə doğru hərəkətediblər.

Yürüşdə keçmiş mədəniyyət naziri Pşemıslav Çarnek də daxilolmaqla ifrat sağçı “Konfederasiya” hərəkatının və əsas müxalifətpartiyası olan “Hüquq və Ədalət” partiyasının nümayəndələri iştirakediblər.

Etirazçılar Polşa bayraqları və “İmmiqrasiyaya yox”,“Köçürülməni dayandırın” şüarları yazılmış pankartlarla çıxışediblər.

Aksiyanın təşkilatçısı Robert Bonkeviç çıxışında baş nazirDonald Tuskun siyasətini kəskin tənqid edib və onu Berlininqeyri-qanuni miqrantların Polşaya köçürülməsi ilə bağlı planlarınarazılıq verməkdə ittiham edib. O, həmçinin Polşa-Almaniya sərhədiniblokadaya almaqla hədələyib.

Yürüş zamanı səsləndirilən şüarlar arasında faşist işğalına görəAlmaniyadan təzminat tələb etmək çağırışları da yer alıb.

Seçilən
0
1
az.trend.az

2Mənbələr