AZ

"Putin çıxış yolu istəyirsə..."

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoffun Ukrayna üzrə sülh planını Rusiya prezidenti Vladimir Putinə təqdim edəcəyi gözlənilir.

Modern.az xəbər verir ki, bu barədə "NBC News" mənbələrə istinadən məlumat yayıb.

Plan Amerika, Avropa və Ukrayna rəsmiləri tərəfindən tərtib edilmiş 22 təklifdən ibarətdir. Təkliflər arasında 30 günlük atəşkəs də var.

"Putin çıxış yolu istəyirsə, bu onun çıxış yoludur", - mənbə təkliflər siyahısı barədə deyib.

Onun sözlərinə görə, plana Moskvanın ABŞ-ın Ukraynanın NATO-ya daxil olmasını dəstəkləməməsi tələbi də daxildir. Mənbə planın qalan bəndlərini və Stiv Vitkoffla Vladimir Putinin görüşünün tarixlərini açıqlamayıb.

Seçilən
0
50
modern.az

10Mənbələr