AZ

“Səbail” Premyer Liqanı tərk etdi

Azərbaycan Premyer Liqasında 34-cü turun oyunları keçirilir.

Milli.Az xəbər verir ki, ikinci oyun günündə öncə "Səbail" "Zirə"ni qəbul edib.

Oyun qonaqların çətin qələbəsiylə yekunlaşıb. Yeganə qolu 90+1-ci dəqiqədə Davit Volkov vurub.

Bununla da "Səbail"in qalan turların nəticəsindən asılı olmayaraq elitanı tərk edəcəyi dəqiqləşib.

Bu nəticədən sonra xallarının sayını 70-ə yüksəldən Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda ikinci pillədə qərarlaşıb. 

 

Milli.Az

Seçilən
0
4
milli.az

5Mənbələr