AZ

Kelloq: 30 günlük atəşkəs müharibənin dayandırılması prosesinin başlanğıcı olacaq

BAKI, 10 may. TELEQRAF

Ukraynada 30 günlük atəşkəsin elan edilməsi müharibənin dayandırılması prosesinin başlanğıcı olacaq.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Hərtərəfli (hava, quru, dəniz, infrastruktur) 30 günlük atəşkəs İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük və ən uzunmüddətli müharibənin dayandırılması prosesinin başlanğıcı olacaq. ABŞ Prezidentinin də dəfələrlə dediyi kimi “Ölümləri elə indi dayandırın!", - paylaşımda deyilir.

Kelloq bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın bu gün Kiyevdə görüş zamanı Ukrayna, Fransa, Almaniya, Böyük Britaniya və Polşa dövlət başçılarının ABŞ Prezidenti Donald Trampla telefon danışığı barədə etdiyi paylaşıma şərh olaraq yazıb.

Seçilən
0
50
teleqraf.com

10Mənbələr