AZ

“Vest Hem” 4 futbolçusu ilə vidalaşacağını açıqladı

“Vest Hem” rəhbərliyi cari mövsümün başa çatması ilə “çəkicdöyənlər”in dörd veteran futbolçusu ilə yollarını ayırmağa qərar verib.

Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən məlumat verir.

“Çəkicdöyənlər”in düşərgəsini tərk edəcək veteranların siyahısını təqdim edirik:

– 40 yaşlı polyak qapıçı Lukaş Fabianski;
– 32 yaşlı çex sağ cinah müdafiəçisi Vladimir Soulaf;
– 35 yaşlı ingilis sol cinah müdafiəçisi Aaron Kressuell;
– 32 yaşlı ingilis mərkəz hücumçusu Denni İnqz.

“Vest Hem” klub adından veteranlara müraciət ünvanlayıb:

“Vest Hem”də hamı Aaron, Lukaş, Vladimir və Denniyə səmimi qəlbdən təşəkkürünü bildirmək istərdi. Onlar bizə əlamətdar uğur gətirmiş dövrdə verdikləri töhfələrinə məhəbbətimiz və minnətdarlığımızla cari mövsümün sonunda düşərgəmizdən gedəcəklər”, – klubun mətbuat xidməti “çəkicdöyənlər”in rəsmi saytı üzərindən paylaşıb.

35 oyundan 37 xalla “Vest Hem” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 17-ci pilləsində qərarlaşıb. Çətinliklə də olsa, “çəkicdöyənlər” Premyer Liqadakı yerlərini qoruyub-saxlaya biliblər.

Seçilən
0
arena.az

1Mənbələr