Ötən gün Sumqayıtda, "Qurd dərəsi" adlanan ərazidə öz evini yandırdığını iddia edən Zakir Qasımovun nəvəsinin toyu olacaq.
Məsələni dəqiqləşdirmək üçün Zakir Qasımovun qardaşı Vahid Qasımovla əlaqə yaradılıb. O, Oxu.Az-a açıqlamasında faktı təsdiqlədi.
"Bəli, doğrudur. Qardaşımın nəvəsi Mənsurun toyu olacaq. 24 yaşında oğlandır, Rusiyada işləyirdi. Bu gün qız toyudur, gələn ay oğlan toyu olacaq. Qızgil Qobustandan, Ələt tərəfdəndirlər. Oğlan toyu Sumqayıtda olmalıdır. Bu hadisə necə oldu, bilmədik".
Qardaşının "evi özüm yandırmışam" deməsinə gəlincə, Vahid Qasımov qeyd edib ki, özləri də nə baş verdiyini hələ bilmirlər.
"Biz də çaşıb qalmışıq. Axşam gördük, elə deyib, indi də deyir ki, yox, elektrikdən yanıb. Sözdür də, deyir. Dəqiqini biz də bilmirik. Polislər gəliblər, baxıblar. Araşdırırlar, görək nə deyəcəklər", - deyə V.Qasımov bildirib.