AZ

Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd edilib - FOTOLAR

Mayın 10-da Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd edilib. SİA xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov, Naxçıvan Muxtar Respublikasının baş naziri Ceyhun Cəlilov, dövlət və hökumət nümayəndələri, Ali Məclisin deputatları və digər rəsmi şəxslər müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoyub, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra Heydər Əliyev Muzeyi ziyarət olunub. Muzeyin dəyərli eksponatlarına baxış zamanı Ulu Öndər Heydər Əliyevin hər kəsə örnək olan çoxşaxəli siyasi fəaliyyəti, o cümlədən mənalı ömrünün Naxçıvan mərhələsi haqqında ətraflı məlumat verilib.

Seçilən
0
2
sia.az

3Mənbələr