AZ

"Bu təşəbbüs diplomatik yox, Ukrayna ordusuna nəfəsini dərmək üçün fasilə vermək cəhdidir" - Medvedev

 
Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Avropa İttifaqı liderlərinin Kiyevə səfəri ilə bağlı təhqirlə dolu açıqlama verib
 
Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev Avropa İttifaqı liderlərinin Kiyevə səfəri fonunda Ukrayna prezidenti Vladimir Zelenskiyə müraciət edib.
 
Moderator.az xəbər verir ki, bu barədə o, şənbə günü, mayın 10-da özünün "Telegram-kanalı"nda bölüşüb. Məlumatı "news.rambler.ru" nəşri yayıb.
 
Həmişəki tərzində çıxış edən Medvedev Avropa liderlərinin atəşkəslə bağlı təşəbbüsünü sərt şəkildə tənqid edərək onu "Ukrayna tərəfinə nəfəsini dərmək üçün cəhd" adlandırıb.
 
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Mers, Böyük Britaniya baş naziri Kiir Starmer və Polşa baş naziri Donald Tuskun Kiyevə səfəri və onların 30 günlük atəşkəslə bağlı bəyanatına mənfi reaksiya verib.
 
Medvedevin sözlərinə görə, Qərb siyasətçilərinin təklifləri sülhə yox, Ukraynaya dəstəyə yönəlib. "Makron, Mers, Starmer və Tusk guya Kiyevdə sülhü müzakirə etməli idilər. Amma əvəzində Rusiyaya qarşı hədələr səsləndirib", - Medvedev yazıb. Onun fikrincə, bu təşəbbüs diplomatik yox, Ukrayna ordusuna "nəfəsini dərmək üçün fasilə" vermək cəhdidir.
 
O, elan edilən atəşkəs məqsədlərinə inamsızlıq ifadə edərək, Avropanın "sülh təşəbbüslərini təzyiq aləti" kimi istifadə etdiyini bildirib: "Ya banderacı ordulara nəfəs vermək üçün atəşkəs, ya da yeni sanksiyalar". Medvedev eyni zamanda, sülh təşəbbüslərinin müəlliflərinə qarşı təhqiramiz ifadələr işlədərək onların səmimiyyətini sual altına alıb.
 
Öz çıxışında Medvedev Ukrayna liderini "burnu kokainlə dolu tif xəstəsi olan bit", "siçan" və "bədheybət" adlandırıb. Siyasətçi sual edib: əgər Rusiya 9 May münasibətilə elan olunmuş üç günlük atəşkəsi ləğv etsə və Avropa liderlərinin Kiyevdə təhlükəsizliyini daha təmin etməyəcəyini bildirsə, Zelenski nə edəcək?
 
"Əgər bu gün Kiyevə gəlmiş Avropa liderlərinin təhlükəsizliyinə daha zəmanət verə bilməyəcəyimiz barədə məlumat alsa, tif xəstəsi, burnu kokainlə dolu olan o bit nə edəcək? Narahat olma, siçan! Bizim Ordumuz, banderacı alçaqlardan fərqli olaraq, terrorla məşğul olmur. Sadəcə bu gün, ey bədheybət,  Moskvadakı Qələbə Paradı barədə nə dediyini bir xatırla", -  Medvedev Telegram kanalında yazıb.
 
Avropa liderlərinin Ukraynadakı toplantısına Rusiya XİN sözçüsü Mariya Zaxarova da istehzalı münasibət bildirib. O, Avropa İttifaqı rəsmilərinin Lvovda Qələbə Günü baş tutan görüşünü "yığıncaq" adlandıraraq, bunu Moskvadakı Qələbə Paradını kölgədə qoymaq cəhdi kimi dəyərləndirib.
 
Xatırladaq ki, Fransa, Almaniya, Böyük Britaniya və Polşanın prezident və baş nazirləri - Emmanuel Makron, Fridrix Mers, Kir Starmer və Donald Tusk birgə sülh təşəbbüsü ilə Kiyevə səfər edib. Onlar Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıqlar aparıb, daha sonra ABŞ prezidenti Donald Trampla birgə telefon söhbəti baş tutub.
Seçilən
0
moderator.az

1Mənbələr