Ümummilli lider Heydər Əliyev həm də mədəniyyət xadimlərinin ən sadiq dostu idi. Onun doğum günündə ən hörmət etdiyi və bütün sənətkarlardan xüsusilə ayırdığı iki böyük sənətkarımızın xatirələrini eşitmək çox xoş olardı.
Azərbaycan və SSRi Xalq artisti, "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenli sənətkar Fidan Qasımova və bacısı Xalq artisti, Bakı Musiqi Akademiyasının professoru, “Şöhrət” və “Şərəf” ordenli Xuraman Qasımova dahi şəxsiyyət Heydər Əliyevlə bağlı olan xatirələrini Moderator.az-la bölüşüblər.
Xuraman Qasımova bildirib ki, illər keçsə də bu dahi şəxsiyyət bir an olsun belə yaddan çıxmır:
“İllər ötmür,əşlində, illər uçur, lakin onları yaşadan unudulmaz və əziz xatirələrdir.. Bizim də ömrümüz belə xatirələrlə zəngin, dolğun keçib. İnsan ömrünün gözəl illəri ailə içində valideynlərin mehriban sevgisi, qayğısı ilə keçən "qızıl dövr" adlanan illərdir. O illər barədə oxucularla çox bölüşmüşük... Sonra öz macəralarıyla dolu məktəb illəri...Gənclərin müxtəlif bacarığı, bilikləri, həyata baxışın yeni cazibədar dövrü. Biz o illərdə gələcəkdə savadlı, ölkəmizə xeyir gətirən bir iş ilə məşğul olmağın arzusundaydıq..Bu istəyimizi musigi ilə məşqul olmaqla zənginləşdirirdik. Lakin həmin illərdə düşünə bilməzdik ki, seçdiyimiz peşə-uğurlu vokal ifaçılığı bizi gələcəkdə neçə tarixi şəxsiyyətlərlə rastlaşdıracaq. Maraqlı və zəngin yaradıcılıq illərimizin ən parlaq dövrü Ulu öndər Heydər Əliyevin adıyla bağlıdır. Ömrümüzün əsas illəri Heydər Əliyevin respublikamıza başçılıq etdiyi illərdən başlamış sayıla bilər.. O, Azərbaycanın Mərkəzi Komitəsinin Birinci katibi olan illərdən son illərə qədər ölkəmizin hər sahədə inkişafı naminə böyük işlər görmüş görkəmli, dahi, təkrarı olmayan şəxsiyyət idi.. Elmin, təhsilin, mədəniyyətin inkişafına xüsusi önəm verirdi. O dəfələrlə öz çıxışlarında vurğulayırdı ki, ölkənin, insanların mənəviyyatının formalaşmasında, tərbiyyəsində və ümümi imkişafında mədəniyyət gədər təsiredici güvvə yoxdur. Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Əsl istedada malik olan insanlara zamanında qayğı, rəğbət göstərməyə çağırardı” deyə Xuraman Qasımova bildirib.

Daha sonra Fidan Qasımova əlavə edib:
“O incəsənətin vurğunu idi. Mədədəniyyətimizin zəngin tarixini hər bir musiqişünasdan artıq bilirdi. Canlı ensiklopedik biliyə malik dahi idi..
Onun çıxışlarını saatlarla dinləmək olardı. Düşünürəm ki, biz çox xoşbəxt insanlarıq. Heydər Əliyevin sərəncamı ilə ilk fəxri adları almaq, yüksək ordenlər qazanmaq böyük bir qürurdur.. Onun tövsiyyələri, məsləhətləri yadımdan çıxmır. Mənə deyərdi ki, Fidan, “Koroğlu” operasında sən Nigarı oxu, mən istəyirəm səni bu rolda görüm. Nə vaxt oxusan gəlib baxacağam. “Şöhrət” ordeni ilə məni mükafatlandıran prezident bu xəbəri Türkiyəyə zəng edərək deyib məni sevindirdi. Bu qədər sadəlik, səmimiyyət hansı dövlət başçısında var? Mən onun bu cür sadəliyinə məəttəl qalırdım. Xatirələrimiz çoxdur, zəngindir.. Deməklə bitmir...Bu xatirələr ömrümüzü uzadır. Biz heç bir zaman Ulu Öndər Heydər Əliyevi unutmayacağıq, çünki bizə atalıq edib. Onu çox sevirik. Heydər Əliyev uzaqgörən siyasətçi idi, O, əmin idi ki, vaxt gələcək torpaqlarımız işğaldan azad olunacaq. Bizim Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev atasının vəsiyyətini yerinə yetirib, torpaqlarımızı işğaldan azad etdi. Bu gün həm cənab Prezidentimiz, həm də Birinci xanım Mehriban Əliyeva da Ulu Öndərin siyasətini davam etdirib, mədəniyyətimizə və layiqli sənətkarlara böyük diqqət və qayğı göstərirlər. Nə yaxşı ki, Heydər Əliyevin yaratdığı, qurduğu siyasətin İlham Əliyev kimi davamçısı var. O da atası kimi tarixdə iz qoyub, adını qızıl hərflərlə tarixə yazdırdı” deyə sənətkar bildirib.