Kiyevdə səfərdə olan Avropa liderləri Volodimir Zelenski ilə birlikdə ABŞ prezidenti Trampa zəng ediblər.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.
"İstəklilər Koalisiyasının Kiyevdə keçirilən görüşündən sonra bütün beş lider - Volodimir Zelenski, Emmanuel Makron, Fridrix Merz, Donald Tusk və Key Starmer ABŞ Prezidenti Donald Trampla sülh səyləri ilə bağlı məhsuldar telefon danışığı aparıblar. Ukrayna və bütün müttəfiqlər tam qeyd-şərtsiz, ən azı quruda havada və dənizdə atəşkəs rejiminə keçməyə hazırdırlar", - məlumtda qeyd olunub.