Fransanın keçmiş prezidenti Şarl de Qoll sağ olsaydı, Moskvada keçirilən Qələbə Paradına qatılardı.
Publika.az xəbər verir ki, bunu generalın nəvəsi Pyer de Qoll deyib.
O qeyd edib ki, babası Normandiya - Niemen eskadrilyasını yaradıb ki, fransız birləşmələri sovet hərbçiləri ilə yanaşı alman işğalçılarına qarşı döyüşə bilsinlər.
“Əminliklə deyə bilərəm ki, o, burada olacaqdı”, - De Qoll əlavə edib.