AZ

"Köhnə dünya nizamı dağılıb, qarşıda uzunmüddətli qlobal xaos dövrü var" - "The Financial Times"

 
"Ukraynadakı müharibə yalnız başlanğıcdır, bundan sonra hər kəs üçün çətin olacaq..."
 
Köhnə dünyanı təkcə Rusiya, Çin və ABŞ-ın yeni administrasiyası deyil, bir sıra daha kiçik oyunçular da dağıdır.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Financial Times" nəşri yazıb.
 
Bəşəruiyyət İkinci Dünya müharibəsinin bitməsinin 80 illiyini qeyd etdiyi bir vaxtda, hər gün 80 il öncə qurulmuş beynəlxalq nizamın sürətlə çökməkdə olduğuna dair yeni sübutlar ortaya çıxır. Britaniyalı tarixçi, Mərkəzi və Şərqi Avropanın siyasəti və müasir tarixi üzrə ekspert Timoti Qarton-Eş "Financial Times" qəzetində yazır ki, qarşıda bizi "uzun və təhlükəli bir qlobal nizamsızlıq dövrü" gözləyir.
 
O, qeyd edir ki, bəşəriyyət heç vaxt "qızıl dövr" yaşamayıb, amma 1945-ci ildən sonra Avropa, Asiyan və Okeaniyanın böyük hissəsi ABŞ-ın müdafiəsi altında təhlükəsizlik və rifah içində yaşayıb. İndi isə bir tərəfdən qloballaşma nəticəsində digər ölkələrin güclənməsi, digər tərəfdən isə "Amerikanın özünü öz əli ilə təkəbbürlə məhv etməsi" səbəbindən bu nizam çökməkdədir.
 
"Prezident Donald Tramp bu nizamın qalan hissələrini misilsiz sürət və məsuliyyətsizliklə dağıdır", -  Qarton-Eş yazır. Tarixçi Ukraynada, Qəzzada və Sudanda davam edən üç böyük müharibəni köhnə nizamın dağılmasının əlamətləri kimi göstərir. O, həmçinin Hindistan və Pakistan kimi nüvə dövlətləri arasında baş verə biləcək dördüncü müharibə ehtimalını və Trampın tətbiq etdiyi ticarət tariflərini də vəziyyəti daha da qarışdıran amillər kimi qeyd edir.
 
Analitik dünya nizamının dağılmasında maraqlı olan konkret ölkələrin də adını çəkir. Bu sıraya artıq çoxlarının bildiyi Rusiya və Çinlə yanaşı, Hindistan da daxildir, xüsusilə baş nazir Narendra Modinin rəhbərliyi ilə getdikcə daha aqressiv xətt tutduğu vurğulanır. Eyni zamanda, Türkiyə, Braziliya və Cənubi Afrika kimi bir sıra orta güclər də dünyanın yenidən bölüşdürülməsində öz maraqlarını görür.
 
Xirosima və Naqasakiyə atılan atom bombalarından bəri 80 il ərzində nüvə silahının müharibədə istifadəsinə qarşı tabular qorunub. Lakin Rusiyanın Ukraynaya qarşı təcavüzü bu səddi yarıb keçə bilər və dünyada yeni silahlanma yarışına səbəb ola bilər. Qarton-Eş vurğulayır ki, burada nüvə dövləti tərəfindən, vaxtilə həmin dövlətdən təhlükəsizlik zəmanəti almaq üçün nüvə silahından imtina etmiş qonşuya qarşı edilən hücumdan söhbət gedir.
 
Bütün bu problemlər siyahısına süni intellekt texnologiyası da əlavə olunur, bu texnologiya həm yeni silahlanma yarışının yaranmasına, həm də informasiya sahəsində yeni geosiyasi mübarizə mərhələsinin başlanmasına səbəb ola bilər. "Tarixdə heç nə qaçılmaz deyil. Lakin biz uzunmüddətli qlobal xaos dövrünə fəal şəkildə hazırlaşmalıyıq", - analitik qeyd edir.
 
Yeni dünya nizamı
 
Xəbər verildiyi kimi, bir sıra müşahidəçilər Moskvada 9 May paradını dünyanın yeni tarixi mərhələyə keçdiyinin və qaydalara əsaslanan köhnə dünya nizamının artıq rəsmi şəkildə sona çatdığının rəmzi kimi dəyərləndirir.
 
Si Tszinpinın Moskvaya səfəri Qərbə avtokratik rejimlərin ittifaqının artıq formalaşması barədə bir siqnaldır. Paradı izləyən britaniyalı jurnalist müasir Rusiyanın yeni mahiyyətini gördüyünü yazır. O, öz reportajında qeyd edir ki, Moskva bu gün sülhü deyil, müharibəni bayram edib.
Seçilən
0
moderator.az

1Mənbələr