Sumqayıtda fərdi yaşayış evlərinin birində yanğın hadisəsi olub.
Xezerxeber.az xəbər verir ki, əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Sumqayıt şəhər DYMİ-nin yanğınsöndürmə qüvvələri və polis əməkdaşları cəlb olunub. Yanğının qısa müddətdə söndürülməsinə baxmayaraq, evdə ciddi yanıq izləri və maddi zərər qeydə alınıb.
Qeyd edək ki, "Qurd dərəsi" yaşayış massivi, ev-4-də baş verən hadisənin qəsdən törədildiyi məlum olub.
İlkin istintaq zamanı 70 yaşlı Zakir Qasımovun yaşadığı evi qəsdən yandırdığını etiraf edib: “Nə oğlumla, nə də yoldaşımla yola gedirdim. Ona görə də evi yandırdım. İstəmirəm ki, bu mənzil onlara qalsın”.
Xezerxeber.az mövzu ilə bağlı qısa videonu təqdim edir.
Daha ətraflı videomaterial “Xəzər Xəbər”in 21:00 buraxılışında təqdim olunacaq.