AZ

Şabranda faciə – İki qardaş qəzada öldü

Bakı-Quba yolunun Şabran rayonunun Şahnəzərli kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  “VAZ 21015” markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq ağaca çırpılıb.

Nəticədə avtomobildə olan iki qardaş – Şabran rayonu, Gəndob kənd sakinləri, Elməddin və Əmrəli Fərzəliyevlər hadisə yerində həlak olublar.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
0
12
heftelik.az

10Mənbələr