Azərbaycan Pakistan və Hindistanı məsələni siyasi-diplomatik müstəvidə həll etməyə çağırır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Pakistan-Hindistan müharibəsində Azərbaycanın mövqeyi beynəlxalq hüquqa əsaslanır:
"Azərbaycanın mövqeyi ondan ibarətdir ki, bir ölkə digər dövlətin ərazisinə zərbələr endirirdi. Biz hər iki tərəfi məsələni siyasi müstəvidə həll etməyə çağırmışıq".