AZ

İran Rusiyaya yaxınmənzilli ballistik raketlər tədarük edəcək

İran yaxın zamanda Rusiyaya yaxınmənzilli ballistik raketlər tədarük edəcək.

"Cebheinfo.az" xəbər verir ki, məlumatı İran İnqilab Keşikçiləri Qvardiyasının teleqram kanalı yayıb.

Qeyd olunub ki, İran Rusiyaya “Fəth-360” buraxılış qurğuları göndərəcək. Məlumata görə, bu raketlər 120 km-ə qədər əməliyyat radiusuna malikdir.

2024-cü ilin sentyabrında ABŞ administrasiyası İranın Rusiya bayrağı olan doqquz gəmi ilə bu ölkəyə ballistik raketlər çatdırdığını bildirmişdi.

Mütəxəssislər vurğulayıblar ki, “Fəth-360”ın tətbiqi Rusiyaya daha yüksək dəqiqliyə malik raketləri, xüsusilə “İskəndər”lərə zərbələr üçün saxlamağa imkan verir. Bu isə öz növbəsində hava hücumundan və raket hücumundan müdafiə sisteminə əlavə yük yaradır.

"Cebheinfo.az"

Seçilən
0
6
cebheinfo.az

7Mənbələr