AZ

Əlcəzairdə qurumlararası yazışmalarda fransız dilindən imtina edilir

Bakı. Trend:

Əlcəzair rəsmi və qeyri-rəsmi kargüzarlıqda, eləcə dəqurumlararası yazışmalarda fransız dilinin istifadəsini dayandırmaqüçün müxtəlif tədbirlər həyata keçirir.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, Əlcəzair Futbol Federasiyasınınəmri ilə yerli futbol federasiyalarından rəsmi sənədlərini vəyazışmalarını “ən qısa zamanda” ərəb dilində hazırlamaları və bunun2025–2026 futbol mövsümündən etibarən tətbiq olunmasıistənilir.

Bundan başqa, intizam komitələrinin protokollarınınhazırlanması, oyunları idarə edəcək hakimlərin təyinatları,oyunların planlaşdırılması və bütün yazışmaların ərəb dilindəaparılması tələb olunur.

Rəsmi sənədləşmədən fransız dilinin çıxarılması prosesi sürətlədavam edir. Əlcəzair şəhərinin su təchizatı şəbəkəsinin idarəedilməsinə cavabdeh şirkət (SEAAL) fakturalarda fransız diliəvəzinə ingilis dilinin tətbiqinə başladığını elan edib. Şirkətərəb və ingilis dillərində tərtib olunmuş yeni fakturasınıistifadəyə verdiyini bildirib. Bu sahə əvvəllər fransız şirkətitərəfindən idarə olunurdu. Öhdəliklərin pozulmasına görə 2021-ciildə Əlcəzair tərəfi onunla müqaviləyə xitam verib.

Apreldə Əlcəzair Hava Yolları təyyarə biletlərindən fransızdilində yazıları çıxarıb. Əlcəzair Hava Yollarının ictimaiyyətləəlaqələr şöbəsinin müdiri Əbdülqadir Salimi bildirib ki, bundansonra aviabiletlər ərəb və ingilis dillərində tərtib olunacaq.Məqsəd "ərəb ölkələrinin hava yolları şirkətlərinin təcrübəsinəuyğunlaşmaqdır".

Qeyd edək ki, bir müddət əvvəl Əlcəzairin Fransadakıkonsulluğunun əməkdaşı həbs olunub. Bundan sonra Əlcəzair 12fransız diplomatı ölkədən qovub. Rəsmi Paris cavab olaraq, 12əlcəzairli diplomatın ölkədən çıxarılması və səfirinməsləhətləşmələr üçün geri çağırması barədə qərar qəbul edib.Bununla da iki ölkə arasında münasibətlər yenidən gərginləşib.

Seçilən
0
4
az.trend.az

5Mənbələr