Pakistan kiberhücum nəticəsində Hindistanın elektrik şəbəkəsinin təxminən 70 faizini sıradan çıxarıb.
Axar.az “Geo” telekanalına istinadən xəbər verir ki, Hindistanın bir neçə bölgəsində işıqlar kəsilib.
Məlumata görə, Hindistan sakinlərinə mümkün haker hücumları barədə əvvəlcədən xəbərdarlıq edilib.
Hindistanın Cammu və Kəşmir əyalətinin iki rayonunda elektrik enerjisi tamamilə kəsilib.