AZ

Avropa üçlüyünün rəhbərləri Kiyevdə - Mühüm açıqlama olacaq

Almaniya kansleri Fridrix Merz, Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Key Starmer Kiyevə səfər edib.

Musavat.com xəbər verir ki, məlumatı DPA agentliyi yayıb.

Bildirilir ki, siyasətçilər Polşanın baş naziri Donald Tusk ilə birlikdə mayın 10-da Vladimir Zelenski ilə görüşməyi planlaşdırırlar.

Onların Ukraynaya gələcək dəstək məsələlərini müzakirə edəcəyi gözlənilir. Birgə bəyanatda onlar ABŞ prezidenti Donald Trampın 30 günlük tam və qeyd-şərtsiz atəşkəs çağırışını dəstəkləyiblər. Onlar hesab edirlər ki, bu, “ədalətli və davamlı sülh haqqında müzakirələr üçün əsas yaratmalıdır”.

Mayın 8-də Merz Trampla telefon danışığı aparıb. Mayın 9-da Almaniya kansleri Aİ və NATO-nun Brüsseldəki missiyalarına baş çəkib. Qatarla Kiyevə yola düşməzdən əvvəl o, Ukrayna ilə sərhədə yaxın Polşa hava limanında Makron, Starmer və Tusk ilə növbəti görüş keçirib.

Musavat.com

Seçilən
0
5
musavat.com

6Mənbələr