İkinci Dünya müharibəsində faşizm üzərində qazanılan qələbədə Azərbaycanın həm maddi, həm də mənəvi töhfəsi danılmazdır.
Bu bəşəri bəla ilə mübarizəyə Azərbaycan xalqı 600 min övladını yollamışdı. Onların 170 mini orden və medallarla təltif olunmuş, 130-dan çoxu isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. Bu qəhrəmanlar sırasında Azərbaycanın ilk və ən gənc Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun adını xüsusi qeyd etmək lazımdır.
Tarixçi Bəxtiyar Məhərrəmovun sözlərinə görə, o, təkcə Azərbaycanın deyil, ümumilikdə bütün Zaqafqaziyanın ilk Sovet İttifaqı Qəhrəmanı olub.
"İsrafil Məmmədov hərbi xidmətə çox erkən yaşda başlayıb. Onun iştirak etdiyi ilk müharibə 1939-cu ildə Sovet-Fin müharibəsi idi. Orada göstərdiyi igidliyə görə baş serjant rütbəsini almışdı. Lakin onun əsl qəhrəmanlıq dastanı İkinci Dünya müharibəsində - Pustınka kəndi yaxınlığında yazılıb. Orada 20 nəfərlə 2 batalyon alman əsgərinin hücumlarını 10 saat ərzində dəf etmişdi. Bu, bütün SSRİ məkanına səs salmış bir qəhrəmanlıq idi", - deyə tarixçi qeyd edib.
Ətraflı Baku TV-nin süjetində: