Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 35-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Səfərdə “Başakşəhər”lə üz-üzə gəlmiş “Fənərbağça” rəqibini darmadağınla məğlub edib. “Qaziantep” də “Alanyaspor”la ev oyunundan məğlubiyyətlə ayrılıb.
35-ci turun qalan görüşləri mayın 10-da, 11-də və 12-də keçiriləcək.
Türkiyə, Super Liqa
35-ci tur
9 may
Başakşəhər – Fənərbağça 1:4
Qollar: O.Beyaz, 90+1 – M.Müldür, 44. M.Şkrinyar, 60. Ən-Nəsiri, 86. O.Aydın, 90+3.
Qaziantep – Alanyaspor 0:1
Qol: Şporar, 52.
10 may
17:00. Eyüpspor – Kasımpaşa
17:00. Konyaspor – Rizəspor
20:00. Trabzonspor – Qalatasaray
11 may
17:00. Sivasspor – Bodrumspor
20:00. Beşiktaş – Adana Dəmirspor
20:00. Göztəpə – Hatayspor
12 may
21:00. Kayserispor – Antalyaspor