Azərbaycanın qadın cüdoçuları Qazaxıstanın paytaxtı Astanada keçirilən "Böyük Dəbilqə" turnirini medalsız başa vurublar.
Sportinfo.az xəbər verir ki, Könül Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Fidan Əlizadə (57 kq) mükafat əldə edə bilməyiblər.
Üç gün davam edəcək yarışda 47 ölkədən 397 idmançı (222 kişi, 175 qadın) iştirak edir.