Bakı şəhərində, Həsən Əliyev və Əhməd Rəcəbli küçələrinin kəsişməsində yerləşən “Şəki” restoranı sökülür.
NOCOMMENT.az bakupost.az-a istinadən xəbər verir ki, restoranın sökülməsinin səbəbi sözügedən küçələrin kəsişməsindəki dairənin ləğv edilərək yerində avtomobil tunelinin inşası ilə əlaqədar işlərin görülməsidir.
Tikinti işləri ilə əlaqədar ətraf ərazilərdə yerləşən obyektlər plana düşüb.