Bu gün Almaniya 2-ci Bundesliqasında XXXIII tura start verilib.

Offsideplus.az xəbər verir ki, Azərbaycan milli komandasının futbolçusu Mahir Emrelinin şərəfini qoruduğu "Nürnberq" doğma azarkeşlər önündə çempionluğa iddialı "Köln"lə qüvvəsini sınayır.

Bu oyun hazırda 10-cu pillədə qərarlaşan "Nürnberq" üçün formal xarakter daşıyır. Miroslav Klozenin yetirmələri ötən turdakı məğlubiyyətdən sonra Bundesliqaya yüksəlmək şansını tamamilə itiriblər.

Məhz bu uğursuzluğun ardınca Mahirin mövsümün sonunda "Nürnberq"dən ayrılacağı dəqiqləşib. Buna baxmayaraq, 27 yaşlı hücumçunun bu gün start heyətdə yer alıb. 

Almaniya 2-ci Bundesliqası, XXXIII tur

20:30 "Nürnberq" - "Köln" 0:0 (birinci hissə)