AZ

Premyer Liqada mövsümün futbolçusu – Salah

Futbol Jurnalistləri Assosiasiyasının (FWA) versiyasına görə, İngiltərədə 2024-25 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.

Msport.az xəbər verir ki, bu ada “Liverpul”un hücumçusu Məhəmməd Salah layiq görülüb.

32 yaşlı futbolçu 2017-18 və 2021-22 mövsümlərində də eyni mükafatı alıb.

Qeyd edək ki, misirli forvard 2017-ci ildən “mersisaydlılar”da çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 49 oyunda 33 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.

“Liverpul” Premyer Liqada vaxtından əvvəl çempionluğu təmin edib.

Seçilən
0
3
msport.az

5Mənbələr