"Mançester Yunayted" klubu üçüncü qapıçısı Tom Hitonla müqavilə uzadacaq.
Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" 36 yaşlı çərçivə qoruyucusunun başa çatan sözləşməsini daha 1 il artıracaq. Müqavilənin artırılmağına səbəblərdən biri də təcrübəli qapıçının gənc futbolçulara yardımıdır. Bu klubun məşqçilər heyəti tərəfindən yüksək qiymətləndirilir.
Bu barədə insayder Fabritsio Romano məlumat verib.
Hiton 2021-ci ildən "Mançester Yunayted"də çıxış edir. O, klubda cəmi 3 oyuna çıxıb.